Bakı Slavyan Universitetinin tələbələri növbəti uğuru

                                      

    Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil  alan IV kurs BM-404 qrupunun tələbələri Rusiya Federasiyası A.M. Qorçakov adına İctimai Diplomatiyaya dəstək Fondunun qrant proqramı əsasında Çelyabinsk Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmiş 2 nominasiyalı III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.

   Bu ilki müsabiqədə MDB məkanından Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və Ermənistandan 43  komanda yaradıcı işini təqdim edib. Qurur verici haldır ki, “Ən yaxşı tələbə işi” nominasiyasında BSU tələbələrinin hazırladığı video-çarx və təqdimat Ermənistan komandasını on üç yer geridə qoyaraq ilk beşliyə düşüb.

    Qeyd etmək lazımdır ki, BSU-nun “Xəzər” (“Kaspiy”) adlı komandası III Beynəlxalq Diplomatik Oyunların finalında Azərbaycanı təmsil edəcək yeqanə komandadır.

   Oyunların əsas məqsədi sağlam rəqabət abu-havasında komandalar arasında beynəlxalq münasibətlər və diplomatiya üzrə bilik yarışmasının keçirilməsidir.

    7-8 fevral, 2019-cu il tarixlərində Çelyabinsk şəhərində keçiriləcək final mərhələsində BSU-nu yeddi tələbədən ibarət heyət - Aqamov İlqar, Əkbərli Şəbnəm, Əhmədova Leyla, Qurbanova Aytac, Məhərrəmov Elşən, Məmmədova Kristina, Nağıyeva Mərcan və məşqçi kimi Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Mayya Cəfərquliyeva təmsil edəcək.  

Komandamıza finalda uğurlar arzu edirik!

BSU-nun Mətbuat Xidməti