“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları çap olunub

                       

   Bakı Slavyan Universitetinin elmi-metodik və mədəni-ictimai dərgisi-“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları işıq üzü görüb. Jurnal BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Kulturaloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı geniş məqaləsi ilə  açılır.

   Daha sonra jurnalda  Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ümidləri doğruldan universitet”  adlı kitabın təqdimatına, Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilmiş  “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” elmi-praktik konfransa və “Puşkiniano” layihəsinin 20 illiyinə  həsr olunmuş yazılar yer alır. 

   Jurnalda həmçinin   professor  F.Naciyevanın “Mark Aldanovun yaradıcılığında tarix konsepsiyası”, N.Məmmədxanovanın “Y.Yevtuşenko və “onun “zamandan kənar insani”, N.Səmədovanın “Yer cənnətinin obrazı”  və S.Xudiyevanın “Sabir Rüstəmxanlının “Ömür kitabı”nın rus dilinə tərcüməsi haqqında”  və s. məqalələr  çap olunub. Həmişəki kimi bu dəfə də jurnalda poeziyaya geniş yer verilmiş,  Valentina Əfəndiyevanın, Aynel Aydayevanın, Gülnarə Səfərəliyevanın, Lalə Bağırovanın, Elaza Babayevanın yeni poetik nümunələri oxuculara təqdim olunub. 

                                                    BSU-nun Mətbuat Xidməti