Polşa səfiri BSU tələbələri qarşısında mühazirə oxuyub

              

       Noyabrın 29-da Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka və və xanımı  Malqozata Oldakonska Tsalka Bakı Slavyan Universitetində olublar. Qonaqları qəbul edən BSU rektoru, professor Nurlana Əliyeva  Azərbaycan – Polşa əlaqələrini tarixindən, hazırki vəziyyətindən və perspektivlərindən danışıb. O, BSU-da fəaliyyət göstərən Polşa tədris mədəniyyət mərkəzində gənclərin polyak dili, ədəbiyyatı və mədəniyyətinin tədrisi prosesi və  əldə edilən uğurlar barədə qonaqlara məlumat verib. Görüş zamanı tələbə-müəllim mübadiləsi və bu sahədəki anlaşmalara da toxunulub. Səmimi qəbula görə təşəkkürünü bildirən polyak səfiri və xanımı Polşa ilə Azərbaycanın tarixən dost ölkələr olduğunu diqqətə çatdırıblar. Səfir Azərbaycan Respublikasının inkişaf tempinə və müasir dəyərlərə münasibətinə görə hətta bir çox Avropa ölkələrini belə qabaqladığını deyib. O, əvvəllər də bir çox ölkələrdə səfir işlədiyini xatırladaraq Azərbaycanda yaşayıb, işləməkdən məmnun qaldığını, burada özünü doğma evindəki kimi hiss etdiyini dilə gətirib.

Daha sonra səfir və xanımı Polşa tədris və mədəniyyət mərkəzinin tələbələri qarşısında Polşa tarixi ilə bağlı geniş mühazirə ilə çıxış ediblər.

 

BSU-nun Mətbuat Xidməti