BSU-da leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib

    

      Oktyabrın 31-də Bakı Slavyan Universitetində “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya - hökm deyil” adlı xeyriyyə sərgisi keçirilib. Layihənin məqsədi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaqdır.

     “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllüsü Fətulla Fətullayev qeyd edib ki, xeyriyyə sərgisinin təşkilatçıları həm də bədii ədəbiyyatla maraqlanan gəncləri düşünüb. Belə ki, bir çox Azərbaycan və dünya yazarlarının kitabları xeyriyyə aksiyasında  sərginib. Fətulla Fətullayev bildirdi ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin fəal könüllüləri arasında Bakı Slavyan Universitetin tələbələri də  var.  BSU könüllüləri bu cür xeyriyyə tədbirlərində fəal iştirak edərək,  uşaqları və ailələrini leykemiya ilə mübarizədə tək qoymamağa, onları bu xəstəlikdən daha güclü olduqlarına inandırmağa çalışırlar.

         Qeyd edək ki, xeyriyyə aksiyasındakı kitab satışından əldə olunacaq vəsait leykemiya xəstələrinə yardım məqsədilə istifadə olunacaqdır.

                                      BSU-nun Mətbuat Xidməti