“Rossotrudniçestvo” Agentliyinin əməkdaşları BSU-da treninq keçirəcək

               

      Oktyabrın 16-da “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetində (BSU)  məktəb müəllimlərinin rus dili xarici fənn kimi, informatika, riyaziyyat, fizika, ibtidai sinif müəllimliyi üzrə dərəcələrinin artırılması üçün treninqlərə strat verilib.

       16-18 oktyabr tarixləri ərzində aparılacaq treninqlər rus dilində əsas və köməkçi orta təhsil proqramı üzrə fəaliyyət göstərən müəllimlər üçün nəzərdə tutulub.

 

                                                                                 BSU-nun mətbuat xidməti