Bildiyimiz kimi, oktyabrın 11-dən Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2018”) öz işinə başlayıb.
Təsil sərgisinin ikinci günündə Bakı Slavyan Universitetinin (BSU) "Arzu" rəqs ansamblı slavyan xalqlarının, türk və Azərbaycanın milli rəqslərindən ibarət tolerantlıq rəqsini sərgi iştirakçıları üçün təqdim ediblər.
Hər zaman olduğu kimi tələbələrimizin istedadı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Belə möhtəşəm təqdimatı hazırladığına görə "Arzu" rəqs ansamblının xareoqrafı Əli Natiqoğluna və ansamblın üzvlərinə minnətdarlığımızı bildiririk.
BSU-nun mətbuat xidməti