BSU tələbələri Çex Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olublar

                                                                           

   Sentyabrın 19-da Bakı Slavyan Universitetinin (BSU) çex dili ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

   Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova və Çex Dili və Mədəniyyəti Mərkəzinin müdiri Qəmbər Qəmbərovun təşəbbüsü ilə keçirilən görüşdə BSU-ya yeni qəbul olan tələbələrə mərkəzin fəaliyyəti ilə bağlı məlumatlar verilib.

   Bakı Slavyan Universiteti ilə Çexiyanın qabaqcıl universitetləri arasındakı əməkdaşlıqdan geniş söhbət açan Qəmbər Qəmbərov bildirib ki, həmin universitetlərlə müəllim-tələbə mübadiləsi aparılır.

   Sonra tələbələr mərkəzin nəzdindəki kitabxana ilə tanış olublar.