BSU-nun Tələbə Həmkarlar Təşkilatının fəal üzvləri konfransda iştirak ediblər

                                                 

    Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar Təşkilatının (THT) fəal üzvləri 10-12 sentyabr tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (ATİAHİ) Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda keçirilən konfransda iştirak ediblər. 

        Konfrans çərçivəsində tələbələr arasında idman və intellektual yarışlar təşkil olunub. BSU-nu təmsil edən THT üzvləri ilə digər universitetlərin təmsilçiləri müxtəlif diskussiya formatlı debatlarda, intellektual yarışlarda fəal iştirak edib, rəsmi qonaqlarla maraqlı görüşlərə qatılıblar.