BSU-nun rektorunu doğum günü münasibəti ilə təbrik edirik

                                                   

 

   Bu gün universitetimizin rektoru - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın doğum günüdür.

   Sevimli rektorumuzu Bakı Slavyan Universiteti ailəsi adından təbrik edirik. Nurlana xanıma uzun ömür, sağlam can, işlərində yeni nailiyyətlər arzulayırıq!!!

   Nurlana xanım BSU ailəsinin üzvlərindən heç vaxt bir ana kimi öz qayğısını əsirgəməyib, universitetimizin bu gün çiçəklənməsində, kollektivimiz üçün münbit şərait yaradılmasında əlindən gələni edib. Bütün qayğınız, məsuliyyətiniz üçün sizə minnətdarıq, əziz rektorumuz!

Hörmətlə, Bakı Slavyan Universiteti