Abituriyentlərə müraciət

  Əziz abituriyentlər!

   Doğma Azərbaycanımızın qabaqcıl dövlət universiteti, bütün slavyan ölkələrinin universitetləri ilə sıx dostluq və tərəfdaşlıq əlaqələri yaratmış, dünya universitetləri ilə müştərək beynəlxalq konfranslar keçirən, qrantlar qazanan, diplomları Avropada tanınan, gənclərə mükəmməl bilik, peşə vərdişləri və bacarıqları aşılayan, liderlik səriştəsini təlqin edən, unudulmaz mənalı tələbə həyatı yaşadan, fəaliyyətində Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məramını və mahiyyətini əks etdirən Bakı Slavyan Universiteti gənclərimizi aşağıdakı ixtisaslar üzrə təhsil almağa dəvət edir:

   “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, rus, ingilis, alman və fransız dilləri üzrə “Xarici dil müəllimliyi”, rus və Azərbaycan bölmələri üçün “İbtidai sinif müəllimliyi”, rus bölməsi üçün “Rus dili və ədəbiyyat müəllimliyi” (təhsil rus dilində; Qeyd: “Abituriyent” jurnalında səhvən təhsilin Azərbaycan dilində aparıl­dığı göstərilb. Burada müsabiqə rus və Azərbaycan bölmələri üzrə birgə aparılır), “Təhsildə sosial-psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, ingilis, rus və digər slavyan (Ukrayna, çex, polyak) dilləri üzrə “Tərcümə”, “Beynəlxalq münasibətlər”, “Jurnalistika”, Azərbaycan, rus, ingilis dil və ədəbiyyatları üzrə “Filologiya”, Azərbaycan, Rusiya, Türkiyə, Yunanstan, Bolqar­stan üzrə “Regionşünaslıq”.

   Hər il universitetdə uğurla fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərində yüksək peşəkarlıqla təqdim olunan Rusiya, Bolqarıstan, Türkiyə, Yunanstan, Polşa, Çexiya, Ukrayna, Belarus kimi ölkələrin dilini, tarixini, mədəniyyətini öyrənmək üçün tələbə və müəllim mübadiləsi həyata keçirilir. Bu ölkələrin səfirlikləri ilə birgə tələbələr üçün iş yerləri müəyyənləşdirilir.

   Maraqlı tələbə həyatı yaşamaq, BSU-nun əməkdaşlıq etdiyi qabaqcıl dünya universitetlərində təcrübə keçmək, uğurlu karyeraya sahib olmaq, dil və peşə biliklərinizlə müstəqil Azərbaycanımızın gələcəyinə öz layiqli töhfənizi vermək istəyirsinizsə, Bakı Slavyan Universitetini seçin!