İyunun 25-də “Təlim və tədrisdə mükəmməlliyin təşviqi” (PETRA) adlı ERASMUS + layihəsi çərçivəsində Bakı Slavyan Universitetində təhsil alan doktorant və dissertantlar üçün növbəti seminar keçirilib.
“Tədqiqatın elmi metodları” mövzusunda keçirilən seminarı BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov aparıb.
Qeyd edək ki, BSU-da bundan əvvəl ERASMUS + layihəsi çərçivəsində "Biblioqrafik materialların verilmə qaydaları" mövzusunda seminar keçirilib.
BSU-nun mətbuat xidməti