BSU əməkdaşı "İxtisas seçimi" layihəsi çərçivəsində görüş keçirib

  

     Mayın 29-da Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsi tərəfindən "İxtisas seçimi" layihəsi çərçivəsində Bakının 44 saylı tam orta məktəbində və BSU nəzdində Məktəb-Lisey Kompleksində (MLK) görüş keçirilib.

     Görüş zamanı fakültənin Təlim-tərbiyə işləri üzrə dekan müavini Quba Məcidova şagirdlərə BSU-nun tarixi, buradakı tədris prosesi, universitetdə fəaliyyət göstərən fakültələr, mərkəzlər, tədris olunan ixtisaslar, şöbə və kafedralar haqqında ətraflı məlumat verib.

     Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara universitet həyatından bəhs edən kitablar, bukletlər paylanıb. 

     Qeyd edək ki, "İxtisas seçimi" layihəsi çərçivəsində BSU tərəfindən maarifləndirmə tədbirləri digər fakültələr üzrə də davam etdiriləcək.

BSU-nun mətbuat xidməti