"Heydər Əliyev: şəxsiyyəti və dövrü" mövzusunda seminar keçirilib

      

     Mayın 10-da Bakı Slavyan Universitetinin Ukrayna tədris-mədəniyyət mərkəzində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyəti və dövrü" mövzusunda seminar keçirilmişdir. Seminarda BSU-nun "Beynəlxalq əlaqələr və Regionşünaslıq" fakültəsinin 1 kurs tələbələri (R-101) məruzələrlə çıxış etmişdilər. Tədbirdə Ukrayna tədris-mədəniyyət mərkəzinin əməkdaşları və BSU-nun "Slavyan filologiyası" kafedrasının müdiri Elçin Mehrəliyev iştirak etmişdir.