BSU-nun "Arzu" rəqs ansamblı birinci olub  

    

     Mayın 7-də Bakı Slavyan Universitetinin (BSU) "Arzu" rəqs ansamblı Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalında müasir rəqs nominasiyası (vals) üzrə birinci yerə layiq görülüb.

     Bu, "Arzu" rəqs ansamblının may ayı ərzində növbəti qalibiyyətidir.

     Qeyd edək ki, mayın 4-də "Arzu" rəqs ansamblı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə "Show Your Dance 2018" (Öz rəqsini göstər 2018) layihəsi çərçivəsində keçirilən rəqs müsabiqəsində 1-ci yeri qazanaraq müsabiqənin qalibi olmuşdu.