BSU-da intellektual yarış keçirilib

                                        

   Martın 31-də Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində intellektual yarış keçirilib. İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarış, 31 mart 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.

   Yarış başlamazdan öncə tyutor Şəlalə Məmmədova soyqırımla bağlı çıxış edərək,  ermənilərin soydaşlarımıza qarşı törətdikləri amansız qətillər, həyata keçirdikləri etnik təmizləmə siyasəti və kütləvi şəkildə deportasiyadan geniş söz açıb. 

   Sonra yarışa start verilərək 2 turdan ibarət olan yarışda 24 sual səsləndirilib.

   Yarışın sonunda qaliblər müəyyənləşərək - I yerə 7 suala doğru cavab verən “Bart” komandası, II yerə 6 suala doğru cavab verən “Goodfelles” komandası, III yerə isə 5 suala doğru cavab verən “OK” komandası layiq görülüblər.