BSU-da “Auditoriya+” layihəsi davam edir

                     

   Bakı Slavyan Universitetinin (BSU) İbtidai təhsil kafedrası “Auditoriya+” layihəsini davam etdirir. Pedaqoji fakültənin tələbələri ilə keçirilən “Auditoriya+”un qonağı “Azərbaycan” jurnalının baş redaktorunun müavini, BSU-nun Jurnalistika kafedrasının dosenti Südabə Ağabalayeva olub. Tələbələrlə görüşdə pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, dekan müavini Zoya Cəbrayılova, İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova və pedaqoji fakültənin müəllimləri iştirak ediblər.

   Təlim-seminarın əvvəlində çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva “Auditoriya+” layihəsi barədə tələbələrə ətraflı məlumat verib.

   Sonra Südabə Ağabalayeva “Dil və ədəbiyyat” mövzusunda tələbələrlə maraqlı seminar aparıb. Dərs zamanı S.Ağabalayeva dil və ədəbiyyatın müasir problemlərindən, Azərbaycan dilinin öyrənilməsi, saflığı, dilin təlim üslubu uğrunda mübarizə barədə söhbət açıb.

   Seminarın davamında I kurs tələbələri Səfiyyə Mustafayeva, Mənzər Quliyeva və Fəridə Hidayətova şeirlər söyləyiblər.

   Sonda Südabə Ağabalayeva tələbələri maraqlandıran sualları cavablandırıb.

BSU-nun mətbuat xidməti