BSU-da təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalça Muzeyində olublar

                   

     Martın 16-da Bakı Slavyan Universitetinin (BSU) 16 nəfər əcnəbi tələbəsi Azərbaycan Xalça Muzeyində ekskursiyada olub.

     Əcnəbi tələbələrlə iş üzrə dekanlıq və Əcnəbi Tələbələr Şurası tərəfindən təşkil olunan ekskursiyanın məqsədi Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini əcnəbilərə tanıtmaqdır.

     Muzey əməkdaşları əcnəbi tələbələrə xalçalar, tikmələr, zərgərlik məmulatları, arxeoloji eksponatlar barədə ingilis və rus dillərində ətraflı məlumat veriblər.

     Ekskursiyanın sonunda BSU-nun əcnəbi tələbələri muzeyin xatirə dəftərinə ürək sözlərini yazıblar.

BSU-nun mətbuat xidməti