BSU tələbələri Polşanın "Milli Anma Günü" tədbirində iştirak ediblər

     Martın 14-də Beynəlxalq Muğam Mərkəzində Polşa Pespublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Polşa Pespublikasının müstəqilliyinin və Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində, "İkinci Dünya Müharibəsi zamanı yəhudiləri xilas etmiş polyaklar üçün Milli Anma Günü" adlı tədbir keçirilib.

     Tədbirdə Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin polyak dili üzrə baş müəllimləri Elnarə Abdulhəlimova, Pavel Ferenc və adıçəkilən fakültənin 50 tələbəsi iştirak ediblər.

     Mərasimdə çıxış edən Polşa Pespublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Marek Tsalka Polşanın tarixindən, mədəniyyətindən, Polşa və Azərbaycan əlaqələrindən geniş söz açıb. O, Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib.

     Polşanın "Milli Anım Günü"nə həsr edilmiş tədbirdə İkinci Dünya Müharibəsi dövründə, o cümlədən Xolokost da daxil olmaqla Avropa tarixçiliyi və mənəvi dəyərlər baxımdan tələbələrin dünyagörüşünün artırılması üçün çox əhəmiyyətli olduğu qeyd olunub.