BSU-da “Azərbaycan “Xalq Cümhuriyyətinin yaradıcıları və davamçıları” adlı debat keçirilib

              

     Martın 14-də Bakı Slavyan Universitetində (BSU) Debat Klubu (DK) beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi ilə birgə “Azərbaycan “Xalq Cümhuriyyətinin yaradıcıları və davamçıları” adlı debat keçirib.

     Əvvəlcə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev debatın mövzusu ilə bağlı öz fikirlərini bölüşüb, gənclərə debatda uğurlar arzulayıb.

     Debata BSU Debat Klub Şurasının sədri Tural Comərdoğlu moderatorluq edib.

          

 

   Debat iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, yaradıcıları və davamçıları haqqında çıxışlar edərək mövzu ətrafında geniş müzakirələr aparıblar. Debatın sonunda ekspertlər – BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Habil Məmmədov, universitetin dosentləri Şirinbəy Əliyev, Rauf Hacı, Lalə Mikayılzadə, Mahirə Əzizova çıxışlar haqqında öz maraqlı fikirlərini bildiriblər.

                                                                                BSU-nun mətbuat xidməti