BSU tələbələri xeyriyyə aksiyasını davam etdirirlər

                     

     Fevralın 28-də Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin alman dili üzrə təhsil alan tələbələri tərəfindən dekabrda keçirilən “Soyuq Əllər, İsti Ürəklər” adlı xeyriyyə yarmarkasından əldə olunan məvaciblə imkansız ailələrə yardım göstərilib.

     Qeyd edək ki, ötən il dekabrın 21-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında bir günlük xeyriyyə yarmarkası açılmışdı. Yarmarka Filologiya və xarici dil müəllimliyi fakültəsinin alman dili ixtisası üzrə təhsil alan II kurs tələbəsi Cəfər Hüseynzadənin təşkilatçılığı ilə həyata keçirilmişdi.

     Yarmarkada tələbələr tərəfindən hazırlanmış yemək və şirniyyatlar, ikinci əl kitablar və müxtəlif aksesuarlar satışa çıxarılmışdı.

        Tələbələrimizin bu addımını alqışlayır, onlara uğurlar arzulayırıq.

  BSU-nun mətbuat xidməti