BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı debat turniri keçirilib

     

     Fevralın 24-də Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Debat Klubunun Linkoln-Duqlas debat turniri keçirilib.

     Turnirin qalibi beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Mahmud Məcidov olub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbələri Yusif Xantemirov 2-ci, Türkan Məmmədli isə 3-cü yerə çıxıb. Turnirin “Ən yaxşı natiq”i adını isə pedaqoji fakültənin I kurs tələbəsi Leyla Salmanova qazanıb.

     Linkoln-Duqlas debat turniri təşkilatçısı və BSU-nun Debat Klubu Şurasının sədri Tural Comərdoğlu “Ən yaxşı hakim” və “İlin məşqçi skotu” adına layiq görülüb.

     Sonda qaliblərə medal və sertifikat, bütün iştirakçılara isə sertifikat təqdim olunub.

 BSU-nun mətbuat xidməti