Dekabrın 15-də Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş fakültələrarası şahmat yarışı təşkil olunub.
BSU-nun idman zalında keçirilən yarışa 20 şahmatsevər tələbə qatılıb. 3 turdan ibarət olan oyunda tələbələr birincilik uğrunda mübarizə apıblar. Gərgin keçən dörd saatın sonunda qaliblər müəyyən olub.
Filologiya fakültəsinin IV kurs tələbəsi, BSU-nun şahmat üzrə yığma komandasının kapitanı Ələkbər Təhməzov bütün görüşləri qələbə ilə başa vuraraq 1-ci olmağa nail olub. Pedaqoji fakültənin III kurs tələbəsi Ramid Rəhmətov bir görüşü Ələkbər Təhməzova uduzaraq 2-ci yeri tutub. Pedaqoji fakütənin I kurs tələbəsi Ayşən Quliyeva isə yarışın qalibləri arasında 3-cü olub.
Gənc şahmatsevərlərə tələbələrlə yanaşı tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, İdaman klubunun müdiri Sabir Hacıyev və klubun əməkdaşları azarkeşlik ediblər.
Qaliblər BSU-nun İdman klubun medalları və diplomları ilə təltif olunublar.
BSU-nun mətbuat xidməti