BSU-da müzakirə saatı keçirilib

    

     Dekabrın 7-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı ilə "İnnovasiyaya əsaslanan yeni dərs modelləri" adlı müzakirə saatı keçirilib.

     Tədbirə fakültənin tədris işləri üzrə dekan müavini Gültəkin Əliyeva "Tədris prosesinin təşkilində müasirlik və yeni innovasiyaların tətbiqi təcrübəsi" adlı məruzəsi ilə başlayıb.

     Bunun ardından İngilis filologiyası kafedrasının müəllimi Natavan Babayeva, Rus dili və onun tədrisi metodikası kafedrasının müəllimi Raziyə Balayeva maraqlı məruzələrlə çıxış ediblər.

          Sonda mövzu ətrafında diskussiya aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

BSU-nun mətbuat xidməti