BSU nümayəndəsi beynəlxalq konfransda gənc həmvətənlərimizlə görüşüb

   

       Xəbər verdiyimiz kimi Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (МАПРЯЛ) ilə birgə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib. O, konfrans çərçivəsində həmin universitetdə keçirilən QİÇS-ə qarşı ümumrusiya tədbirinə qatılıb. Qeyd edək ki, bu tədbirdə Rusiya Baş nazirinin xanımı Svetlana Medvedyeva da çıxış edib.

     RXDU-nun geniş foyesində həmin universitetdə təhsil alan tələbələrin öz ölkələrindən bəhs edən pavilyonları sırasında Azərbaycana aid bölmə də olub. Y.Alxasov orada gənc həmvətənlərimizlə görüşüb, onlara Azərbaycana aid kitablar hədiyyə edib. Bundan başqa Y.Alxasov Moskva Dövlət Linqvistik Universitetində (MDLU) də olub, BSU-nun MDLU-da fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində çıxış edib.

 

                                                                 BSU-nun mətbuat xidməti