BSU-da Ecolife Tələbə Klubu ekoloji aksiya keçirib

   

     Dekabrın 6-da Bakı Slavyan Universitetinin Ecolife Tələbə Klubu tərəfindən universitetin əsas tədris binasının həyətində və universitetin daxilində ekoloji aksiya keçirilib.

      Həyətdə klubun üzvləri tərəfindən müxtəlif növ dekorativ ağaclar əkilib, universitet daxilində olan bütün güllərin ətrafı təmizlənib.

      Aksiyada kluba yeni üzv olan tələbələr də fəal iştirak ediblər.