BSU-da ekoloji aksiya keçirilib

   

     Noyabrın 29-da Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsi tərəfindən universitetin ikinci tədris korpusunun həyətində ekoloji aksiya keçirilib. Universitetin həyətyanı sahəsində boş qalan yerlərə müxtəlif növ dekorativ ağaclar və güllər əkilib.

     Aksiyada tələbələrlərlə yanaşı fakültə dekanı Nuridə Novruzova, dekan müavinləri Zəhra Qulamova, Quba Məcidova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Rəhilə Qeybullayeva, rektorun müşaviri Murad Abitov, həmçinin universitetin təsərrüfat işlərinə baxan əməkdaşları da yaxından iştirak ediblər.