BSU-nun prorektoru IV kurs tələbələri ilə görüşüb

     Noyabrın 13-də BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Universitetin ikinci tədris korpusunda filologiya və xarici dil müəllimliyi fakültəsinin IV kurs tələbələri ilə görüşüb.

      Prorektor tələbələrin qayğıları ilə maraqlanıb və görüşdə müxtəlif mövzular barədə  fikir mübadiləsi aparılıb.

      Tələbələrlə səmimi görüşdə Xanım Sultanova onların təkliflərini dinləyib, suallarını cavablandırıb və bir sıra öz tövsiyələrini verib.

  

                                                                             BSU-nun mətbuat xidməti