Oktyabrın 24-də BSU-nun Heydər Əliyev adına tədris mərkəzində Tələbə Psixoloqlar Klubunun iclası keçirilib.
İclasda Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, psixologiya kafedrasının müdiri, BSU YAP-nın sədri Sevinc Axundova, pedaqoji fakültənin dekanı Flora Nacıyeva və tələbə psixoloqlar iştirak ediblər.
Tədbirə açılış edən, prorektor Xanım Sultanova psixologiyanın xalqın həyatındakı rolundan, bəşəriyyətdə olan əhəmiyyətindən söz açıb. Prorektor tədbirin təşkili ilə əlaqədar təşkilatçılara təşəkkür edib və tələbələrin maariflənməsi üçün belə mötəbər tədbirlərin davamlı olaraq keçirilməsini tövsiyə edib.
Tədbirdə psixoloqlar klubunun əsas işi müakirə olunub, maraqlı təkliflər irəli sürülüb. Sonra bir sıra maraqlı mövzular barədə söz açılıb və müzakirələr aparılıb.
Qeyd edək ki, Tələbə Psixoloqlar Klubu universitetdə fəaliyyət göstərən fəal klublardandır.