BSU-nun Ədəbiyyat klubu birinci kurslarla görüş keçirib

    

     Oktyabrın 17-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında Ədəbiyyat klubunun təşkilatçılığı ilə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin  birinci kurs tələbələri ilə ilk görüşü keçirilib.

      Tədbirdə fakültənin dekanı, dosent Nuridə Novruzova və təlim-tərbiyə işləri üzrə dekan müavini Quba Məcidova iştirak ediblər.

     Tələbələrə Ədəbiyyat klubu barədə məlumat verən Nuridə Novruzova,  birinci kurs tələbələrinin bu işdə hələ təcrübələrinin olmamalarını nəzərə alaraq, onlara klubun fəaliyyətində fəal olmalarını bildirib. O, birincilərə yuxarı kursda oxuyan tələbələrin yaratdığı ənənələrə sadiq olmalarını və bu ənənələri daha da inkişaf etdirmələrini tövsiyə edib.

     Ədəbiyyat klubunun sədri BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin üçüncü kurs tələbəsi Nuhbala Əliyev rəhbərlik etdiyi klubun fəaliyyəti və gələcək planları barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, qarşıdakı tədris ili ərzində həyata keçirəcəkləri tədbirlərdə öz müəllimlərinə və fəallara inandığını bildirib.

     Qeyd edək ki, Ədəbiyyat klubu Bakı Slavyan Universitetində fəaliyyət göstərən ən fəal klublardandır.