BSU-da Multikulturalizm kulubunun iclası keçirilib

 

     Oktyabrın 4-də Bakı Slavyan Universiteti Heydər Əliyev adına tədris mərkəzində Multikulturalizm kulubunun iclası keçirilib. İclasda Multikulturalizm kafedrasının müdiri Hacı Rauf, Universitet üzrə tələbə təşkilatlarının koordinatoru Məryəmxanım Hüseynova, Multikulturalizm və rəssamlar kulubunun sədri Klara Cəfərova və tələbələr iştirak ediblər.

     İclasda səsvermə yolu ilə yeni icra katibi və onun müavini seçiliblər. Sonra Multikulturalizm barəsində bir sira məlumatlar tələbələrə aşılanaraq, 16 noyabrda keçiriləcək Multikulturalizm tədbiri üçün fikirlər açıqlanıb. Hellouin (Halloween) bayramının və əcnəbilərlə görüşün keçirilməsi təklifi də irəli sürülüb. Eyni zamanda, ibadət evləri ilə yaxından tanış olmaq üçün ekskursiya keçirilməsi də nəzərdən yayınmayıb.

     Qeyd edək ki, ölkə prezidentinin fərmanı ilə ötən il Multikulturalizm, bu il isə İslam həmrəyliyi ili elan edilmişdi.