BSU-nun Tələbə Həmkarlar Təşkilatı idarə heyətinin iclası olub

     29 sentyabr, 2017-ci ildə Bakı Slavyan Universitetinin konfrans zalında universitetin Tələbə Həmkarlar Təşkilatı idarə heyətinin iclası olub. İclasda THİ-nin sədri Rüfət Həşimov, bu təşkilatın sədr müavini Əkrəm Mirzəzadə və fakultə sədrləri iştirak ediblər.

     İlk açılış sözü ilə Rüfət Həşimov idarə heyyətinə yeni qoşulan üzvləri təqdim edib. Fakultə sədrlərinə və komitələrə müvafiq tapşırıqlarını verən sədr hamıya həvəslə işə başlamalarını bildirib.

     Sonra iclasda çıxış edən Tələbə Həmkarlar İttifaqının sədr müavini Əkrəm Mirzəzadə THT-nin bu il üçün nəzərdə tutulan işlərindən, qarşıya qoyulan vəzifələrdən danışıb.

     İcraçıların çıxışı zamanı Tələbə Təşkilatları ilə prorektor Xanım Sultanovanın görüşü və THT-nin fəaliyyəti xüsusilə vurğulanıb.

     Qeyd edək ki, Tələbə Həmkarlar Təşkilatı univetsitetdə özünəməxsusluğu ilə seçilən təşkilatlardan biridir.