BSU-nun Tələbə Gənclər Təşkilatı təmizlik aksiyasında

    

       Sentyabrın 16-da IDEA İctimai Birliyi Təmiz Şəhər” ASC tərəfindən 8-ci ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

     Özəl şirkətlər, ölkəmizdəki diplomatik nümayəndəlikləri təmsil edən bəzi şəxslər, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti orta təhsil məktəblərindən olan gənclər, IDEA-nın təşəbbüsünə könüllü olaraq qoşulublar.

     Ümumilikdə 200 nəfərdən çox könüllünün qoşulduğu aksiyada əsas məqsəd, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək olub.

     Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş gənclər çimərlikdən 4 tondan çox tullantı toplayıblar. Toplanan tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

     Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyəti aksiyada fəal iştirak edib.