600-dən yuxarı bal toplayan tələbələr də BSU-nu seçib

     Yeni tədris ili üzrə Bakı Slavyan Universitetinə (BSU) qəbul olunmuş abituriyentlərin qeydiyyata alınması başa çatıb.

     Qeyd etdiyimiz kimi, bu il universitetdə ali təhsilin bakalavriat səviyyəsində 32 ixtisas üzrə 1085 plan yeri ayrılıb. Burada 900-ə qədər tələbə qeydiyyatdan keçib. Bu il 500 və 500-dən çox bal toplayaraq BSU-ya qəbul olunan abituriyentlərin sayı 61 nəfər olub. İki tələbə isə 600-dən yuxarı bal toplayaraq Tərcümə (ingilis dili) fakutltəsinə qəbul olunub.

     2017-2018-ci tədris ili üçün təhsilin magistratura səviyyəsində 24 ixtisas üzrə 146 plan yeri olub. Birinci turda 93, ikinci turda isə 14 nəfər olmaqla 107 nəfər qəbul olunub.

     Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.


BSU-nun Mətbuat xidməti