Bakı Slavyan Universitetinin tələbəsi adını qazanan 783 abituriyent artıq qeydiyyatdan keçib

   

     2017/2018-ci tədris ili üçün Bakı Slavyan Universitetinin (BSU) bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin sənəd qəbulu davam edir. Qeydiyyat universitet rəhbərliyinin göstərişi ilə tam sadələşdirilib. Birinci mərtəbədəki geniş foyedə universitetin keçdiyi tarixi yolu və onun bu gününü əks etdirən məlumat lövhələri asılıb, fakültə və ixtisaslar barədə informasiyalar yerləşdirilib. Sənəd qəbulu bütünlüklə elektronlaşdırılıb, ortaya çıxan problemlər baza məlumatı əsasında yerindəcə həllini tapır.

     Bu barədə sənəd qəbulu üzrə komissiyasının məsul katibi, dosent Nəsib Cəbrayılov məlumat verib. Onun sözlərinə görə, artıq birinci turda plan üzrə yerlərin 85 faizi dolub. Bu il universitetə 1085 abituriyentin qəbulu nəzərdə tutulub və həmin yerlərdən artıq 920-si dolub. Yerdə qalan 165 tələbə ikinci turda universitetə müraciət edəcək. Bu il BSU-nu seçən abituriyentlərin sayı ötənilkindən 100 nəfər artıq olub. Bu, universitetin getdikcə daha artıq nüfuz qazanması, texniki və tədris keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır. İndiyədək 783 abituriyent qeydiyyatdan keçərək BSU-nun tələbəsi adını qazınıb. Sənəd qəbulu avqustun 25-i də daxil olmaqla hələ iki gün davam edəcək. Zərurət yarandığı halda Təhsil Nazirliyinin göstərişi ilə bu prosesin müddətinin uzadıla biləcəyi ehtimalı da var.