Mədəniyyət və turizm naziri BSU-ya təşəkkürnamə təqdim edib

 

     İyunun 7-də "Fairmont" hotelində 4-6 may tarixlərində Bakıda reallaşan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasim keçirilib.

     Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimin sonunda Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına, media qurumlarına təşəkkürnamələr təqdim olunub.

      Həmin qurumların sırasında Bakı Slavyan Universiteti də olub. Ə.Qarayev BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanovaya və forumda könüllü kimi fəaliyyət göstərən tələbələrimizə təşəkkürnamə təqdim edib. . Nazir Əbülfəs Qarayev BSU tələbələrinin istedadını yüksək qiymətləndirib.

BSU-nun Mətbuat xidməti