BSU-da gənclərə stress və onun təsiri ilə bağlı mühazirə oxunub

 

     Qızıl Aypara Cəmiyyəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən psixososial problemlə bağlı növbəti diskussiya Bakı Slavyan Universitetində təşkil olunub. Qızıl Aypara Cəmiyyətinin Psixososial dəstək şöbəsinin müdiri İsmayıl Atayev stress və onun təsiri ilə bağlı gənclərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. İ.Atayev həm də stressdən xilas olmağın yolları barədə fikir və mülahizələrini tələbələrlə bölüşüb. 

     Qeyd edək ki, belə tədbirlərin ölkənin bütün təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub.