Tələbələrimiz arasında şahmat turniri keçirilib

 

      

   Mayın 17-də Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Səddam Cəfərlinin təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

     BSU-nun idman klubunun sədri Sabir Hacıyev yarışa hakimlik edib.

     Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova turnirdə iştirak edən tələblərə yaxından dəstək olub. Şahmat turniri üzrə I yerə filologiya və xarici dil müəllimliyi fakültsənin tələbəsi Ələkbər Təhməzov, II yerə filologiya və xarici dil müəllimliyi fakültsənin tələbəsi Cəmilə Lətifli, III yerə filologiya və xarici dil müəllimliyi fakültsənin tələbəsi Samir Abdulov layiq görülürək diplom və medalla mükafatlandırılıblar.