"Öyrədərək öyrənək" layihəsinin illik yekun iclası keçirilib

       

     Mayın 10-da BSU-nun ikinci tədris binasında Ümumilli lider Heyder Eliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Öyrədərək öyrənək" layihəsinin filologiya ve xarici dil müəllimliyi fakültəsi üzrə illik yekun iclası keçirilib. İclasın əvvəlində Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Layihə çərçivəsində Azərbaycan bölməsində təhsil alan tələbələrə rus dili öyrədən tələbələr BSU-nun YAP Gənclər Birliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Layihə rəhbəri filologiya III kurs tələbəsi Aytəkin Xəlilova qeyd edib ki, imtahanlarla əlaqədar dil kursları müvəqqəti dayandırılsa da, gələn tədris ilindən rus dili ilə yanaşı digər xarici dillər də kurslara əlavə olunacaq, layihə öz işini daha geniş formatda davam etdirəcək.

     İclasda iştirak edən YAP-ın BSU üzrə sədri Sevinc Axundova, sədr müavini Kəmalə Əliyeva, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı İlyas Həmidov, Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Nuridə Novruzova və dekan müavinləri gənclərə uğurlar arzulayıblar.

     Sonda Ulu öndərin 94-cü ildönümü ilə bağlı YAP-a yeni üzv olan 20 nəfər tələbəyə üzvlük vəsiqəsi təqdim olunub.