10.05.2017 Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar və fakültə dekanları universitetin foyesində Heydər Əliyevin büstü önünə əklil qoyub, Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mayın 10-da BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, tərcümə, pedaqoji fakültələrinin tələbələri arasında YAP-a yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
BSU-nun YAP Gənclər Birliyinin sədri Sevinc Axundova tələblərə vəsiqələri təqdim edərək onlara uğurlar arzulayıb.
Mayın 10-da tərcümə fakültəsinin tələbələrindən ibarət heyət Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edərək Ümummili liderin büstü önünə gül dəstələri qoyub.