BSU-da "Bahar elmi etüdləri" adlı elmi-praktik konfrans keçirilib

     

        Mayın 3-də Bakı Slavyan Universiteti (BSU) filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələrinin iştirakı ilə "Bahar elmi etüdləri" adlı elmi-praktik konfrans keçirilib. Konfrans fakültə Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

     Dövlət himninin səsləndirilməsi ilə başlayana tədbiri fakültə dekanı, professor İlyas Həmidov giriş sözü ilə açaraq tələbələrə uğurlar arzulayıb və filologiya elminin gələcək inkişafının bu cür fəal tələbələrdən asılı olduğunu qeyd edib.

     Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Cavid Qasımov çıxışında BSU-da keçirilən  tələbə elmi konfranslarının gələcək alimlərin yetişməsində, tələbələrin mütəxəssis kimi formalaşmasında əhəmiyyətini vurğulayıb.

     Sonra rus dili və ədəbiyyatının, rus və fransız dillərinin müqayisəli araşdırılması problemlərindən bəhs edən məruzələr dinlənilib.

     BSU-nun professorları Aida Şahbazova, İlyas Həmidov, dosentlər Valeh Nəsibov, Kəmalə Umudova, baş müəllim Sədaqət Səlimova məruzəçiləri diqqətlə dinləyərək, onlara suallar ünvanlayıblar.

     Qeyd edək ki, məruzəçilərin elmi rəhbərləri də konfransin işində yaxından iştirak ediblər. Konfransın sonunda professor İlyas Həmidov iştirakçı tələbələrə serifikat təqdim edib.

BSU-nun Mətbuat xidməti