BSU-da Qələbə Günü münasibətilə tədbir keçirilib

       

     Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) faşizm üzərində Qələbə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar, fakültə dekanları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


     Rus ədəbiyyatı kafedrasının müəllimi Antonina İvanovnanın təşkilatçılığı ilə keçirilən tədbirdə Qələbə Günündən bəhs edən video-çarx nümayiş olunub.

     Sonra BSU-da təhsil alan yerli və əcnəbi tələblər Qələbə Gününə aid Azərbaycan, türk, rus, polyak, çex, belarus, Ukrayna, ingilis, alman, Vyetnam və başqa dillərdə şeirlər səsləndiriblər.

BSU-nun Mətbuat xidməti