Bura bizim universitetdir - Bakı Slavyan Universiteti

      

     Bu gün Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən "Ədəbiyyat Klubu"nun rəhbəri Əfsanə Ağayevanın təşkilatçılığı ilə tələbələr arasında Yaradıcılıq müsabiqəsi keçirilib.

     Müsabiqəyə BSU-da müxtəlif ixtisaslar üzrə təhsil alan 25 tələbə qatılıb.

     Olduqca gərgin və maraqlı keçən müsabiqədə iştirakçılar həm Azərbaycanın məşhur şairlərinin şeirlərini, həm də öz şeirlərini söyləməklə qiraətçilik bacarıqlarını nümayiş etdiriblər.

     İstedadlı tələbə-gənclərin yaradıcılıq qabiliyyətlərini qiymətləndirən BSU-nun ədəbiyyatsevər müəllimlərindən ibarət münsiflər heyəti, I-II-III yerlər üzrə qalibləri müəyyən ediblər.

     Müsabiqədə Pedaqoqika fakültəsinin tələbəsi Arzu Quliyeva I, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbəsi Jalə Babazadə və Azərbaycan filologiyası və xarici dil müəllimiyi üzrə təhsil alan Səttar Novruzlu II, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Elnur Şirinzadə, Azərbaycan filologiyası və xarici dil müəllimiyi üzrə təhsil alan Bahar İsmayılova və Firəngiz Məmmədzadə III yerə layiq görülüblər.

     Əsl ədəbi-bədii ovqatda keçən müsabiqənin sonunda münsiflər heyətinin üzvləri qalibləri təbrik edib və müsabiqədə iştirak edən bütün yaradıcı gənclərə öz xoş arzularını bildirərək onlarla xatirə şəkili çəkdiriblər.