BSU tələbələri ADA universitetində keçirilən beynəlxalq festivalda

     

        Aprelin 14-də Belarus dili və ədəbiyyatı üzrə təhsil alan tələbələrimiz ADA universitetində keçirilən VI illik beynəlxalq festivalda iştirak ediblər.

         Festivalda 40 ölkə, o cümlədən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təmsil olunub.

     Festival çərçivəsində təşkil edilən sərgidə müxtəlif ölkələr barədə maraqlı məlumatlar verilib, mətbəx və incəsənət nümunələri nümayiş olunub. Həmçinin festival iştirakçıları üçün müsabiqələr təşkil edilib.

     Belarusiya Respublikasının təşkil etdiyi stenddə belarusdilli tələbələrimiz Belarusiyanı təmsil ediblər. Tələbələrimizin belarus dilində ifa etdikləri mahnı qonaqların alqışları ilə qarşılanıb.