BSU nəzdində Məktəb-Lisey Kompleksində “Açıq qapılar günü”

                                           

     15 mart 2017-ci il tarixdə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində yeni təlim texnologiyalarıının və yanaşmaların, eləcə də fənn kurikulumların tətbiqi vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə “Açıq qapılar günü” keçirildi. Tədbir çərçivəsində təşkil olunan açıq dərslər və təqdimatlarda  Universitet  kafedralarının professor-müəllim heyəti, müvafiq şöbələrin mütəxəssisləri, valideynlər, təcrübəçi tələbələr, metodist müəllimlər,  rayon məktəblərinin müəllimləri iştirak ediblər.

      “Açıq qapılar günü”ndə Kompleksdə  müxtəlif  fənlər (Azərbaycan dili, tarix, coğrafiya, rus dili, ingilis dili, biologiya, riyaziyyat) üzrə və ibtidai siniflərdə  15 dərs dinlənilmişdir.

     Tədbirin sonunda dərs-təqdimatların hər birinin geniş müzakirəsi təşkil olunmuş, fikir mübadiləsi aparılmışdır. Qonaqlar eyni zamanda Novruz bayramı münasibətilə düzənlənmiş şagirdlərin əl işləri sərgisi ilə tanış olmuşlar.

                                  

                                                                                                                                                        BSU-nun Mətbuat xidməti