5 noyabr Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirilib.
Yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. “Bayraq yürüşü” “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb. Yürüşdə BSU-nun rəhbər heyəti, müəllim və tələbə kollektivi fəal iştirak edib.