BSU-nun Tələbə Teatr Klubunun (TTK) ilk iclası

     Noyabrın 2-də BSU-nun Tələbə Teatr Klubunun (TTK) ilk iclası keçirilib. 

     İclasda iştirak edən Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova və Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin bədii rəhbəri Aygün Kərimova klubun üzvlərinə öz tövsiyələrini veriblər. İclas çərçivəsində TTK-nın idarə heyəti və kluba üzv olan tələbələrin fikirləri dinlədilib, nəzərdə tutulmuş tamaşaların siyahısı açıqlanıb. Bildirilib ki, Tələbə Teatr Klubu keçən tədris ilinədək BSU-da fəaliyyət göstərən teatr klubunun davamıdır.

     TTK üzvləri qeyd ediblər ki, bu ildən etibarən BSU səhnəsində Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman dillərində də tamaşalar nümayiş olunacaq.

                                                                                                                                                                        Aytəkin Qardaşova