BSU-da Mütəqillik günü təntənə ilə qeyd olunub

     Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

     Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva xalqımızın dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. “Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Təəssüf ki, xarici müdaxilələr 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına səbəb oldu. Azərbaycan 70 il sonra öz müstəqilliyini yenidən qazana bildi. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Bu mühüm tarixi yazmağa xalqımız Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail oldu, uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu”. Müstəqillik bayramı münasibəti ilə hər kəsi təbrik edən Nurlana Əliyeva müstəqilliyin daim olmasını arzulayıb, onları Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin ətrafında birləşməyə səsləyib.

     Tədbirdə çıxış edən Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Tərbiyə işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova, Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, BSU-nun magistrantı  Rüfət Həşimov, tələbələr Şirin Hüseynzadə, Nübar Aşırova  Dövlət Müstəqilliyi gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən söz açıblar. Çıxışçılar Ulu öndər Heydər Əliyevin siyasi yolunu əzmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblar.

     BSU-nun IV kurs tələbləri Əlibala Əlizadə və Fidan Vəli “Azərbaycan təhsili. Müstəqilliyimizlə bağlı nailiyyətlər” adlı slaydı iştirakçılara təqdim ediblər. 25 il ərzində müstəqil Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilən BSU-nun inkişaf yolunu əks etdirən slayddauniversitetin fəxri doktoru adına layiq görülmüş prezidentlərin fotoları öz əksini tapıb.

     Mərasim bədii hissə ilə davam edib. BSU tələbələrinin və universitet nəzdində Məktəb Lisey Kompleksinin (MLK) şagirdlərinin özfəaliyyət dərnəyinin hazırladığı vətəpərvər məzmunlu mahnı və şeirlər səsləndirilib, milli rəqslər nümayiş olunub. Sonra BSU-nun foyesində Müstəqillik gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət fotosərgiyə baxış keçirilib.

                                                                                                                                                                              Aytəkin Qardaşova