Tələbə təşkilatlarının təqdimatı

     Oktyabrın 21-də Bakı Slavyan Universitetində yeni yaradılmış tələbə təşkilatlarının təqdimatı keçirilib. Təqdimatda iştirak edən rektor professor Nurlana Əliyeva təşkilat sədrlərinin hesabatını dinləyib, irəli sürülən layihələri, gənclərin fəaliyyətini yüksək qiymətləndirib.

     Qeyd edilib ki, BSU-da yeni yaradılmış Gənc Jurnalistlər Klubu, Azərbaycan Tələbə Multikulturalizm Klubu, "Ölkəşünaslar" dərnəyi, Xarici Tələbələrlə Dostluq Klubu, Tələbə Psixoloqlar Klubu, Gənc Diplomatlar Klubu universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə, gənclərin dünyagörüşünün artmasına şərait yaradacaq.

     Tədbirdə iştirak edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, YAP-ın Nəsimi rayon üzrə baş təlimatçısı, BSU-nun baş müəllimi Rəşad Abbasov, tanınmış jurnalist, tədqiqatçı Şəlalə Həsənova tələbələrə dəstək olub, onlara öz tövsiyələrini veriblər.

                                                                                                                                                                                                             Aytəkin Qardaşova