"İnsan xarakterinin analizi" mövzusunda psixoloji seminar

     Oktyabrın 20-də Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrası tərəfindən "İnsan xarakterinin analizi" mövzusunda psixoloji seminar keçirilib. Kafedranın nəzdində fəaliyyət göstərən Təhsildə sosial-psxoloji xidmət mərkəzinin təşkilatçılığı ilə baş tutan seminarın qonağı tanınmış ekspert profayler Təbriz Hacıyev olub.

     Seminardan əvvəl Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova Təhsildə sosial-psxoloji xidmət mərkəzinin fəaliyyəti, həyata keçirtdiyi layihələr və gələcəkdə nəzərdə tutulmuş işlər haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, bir ildən artıqdır fəaliyyət göstərən mərkəz tələbələr üçün psixoloji mövzularda müxtəlif seminarlar təşkil edib, gənclərə tanınmış psixoloqlarla müzakirələr aparmaq imkanı yaradıb.

     Seminarda "60 saniyə ərzində insan tanıma sənəti" barədə maraqlı disskusiya aparan Təbriz Hacıyev insan tipləri və onların davranış tərzləri barədə dinləyicilərə ətraflı məlumat verib, müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

     Görüşün sonunda Təbriz Hacıyev müəllifi olduğu "Profaylinq sistemi- 60 saniyə ərzində insan tanıma sənəti" kitabını imzalayaraq iştirakçılara hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.

                                                                                                                                                                                              Aytəkin Qardaşova