Gənc Jurnalistlər Klubunun görüşü

     

     Dekabrın 8-də BSU-da yeni yaradılan Gənc Jurnalistlər Klubunun idarə heyəti müxtəlif  ixtisaslarda təhsil alan tələbələrimizlə görüşüblər.

     Klubun sədri jurnalistika fakültəsinin IV kurs tələbəsi Xəyal İbrahimzadə GJK-nın fəaliyyəti və nəzərdə tutulmuş layihələrdən söz açıb. Bildirilib ki, klubun yaradılmasında əsas məqsəd ixtisasından asılı olmayaraq  jurnalistika sahəsinə marağı olan gənclərin təcrübə keçməsinə şərait yaratmaq, onlara bu peşənin sirlərini öyrətməkdir.

     Görüşdə iştirak edən pedaqoji fakültənin dekanı, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, professor Flora Naciyeva, Mətbuat xidmətinin əməkdaşı Elçin Məmmədli, jurnalistika fakültəsinin müəllimi Durdanə Tahirli, tərbiyə işləri üzrə dekan müavini Lalə Mikayılzadə GJK-nın fəaliyyətini yüksək qiymətlədiriblər. Flora Naciyeva və Elçin Məmmədli çıxışlarında jurnalist peşəsini sevən gənclərə daim dəstək olacaqlarını qeyd edərək tələbələrə bir sıra tövsiyələr veriblər.

     Çıxışçılar tələbələri daim qərəzsiz və dəqiq informasiyaları yaymağa səsləyiblər.

     Sonda Zaqafqaziya Media Agentliyinin vəsiqələri gənc jurnalistlərə təqdim edilib.